İki KİV təmsilçisinə Prezidentin fərdi təqaüdü verilib

İki KİV təmsilçisinə Prezidentin fərdi təqaüdü verilib Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Media
20 İyul , 2015 17:22
İki KİV təmsilçisinə Prezidentin fərdi təqaüdü verilib

Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Əhmədov Teymur Əkbər oğlu

Mikeladze Qalina Ələkpərovna

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Son xəbərlər

Orphus sistemi