Yuxarı
    Bağlamaq

    İki dominikanlı jurnalist canlı yayım zamanı güllələnib

    Polis hücum edənlərin motivlərinin hələlik məlum olmadığını açıqlayıb

    Bakı. 15 fevral. REPORT.AZ/ Dominikan Respublikasında canlı yayım zamanı iki jurnalist güllələnib. Faktla bağlı üç nəfər həbs edilib.

    "Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə ölkə polisindən məlumat verilib.

    Silahlı hücum paytaxt Santo Dominqonun şərqində yerləşən San Pedro de Makoris şəhərində baş verib. Jurnalistlərin biri efir zamanı canlı "Facebook" yayımında olub. İki dəqiqə davam edən videoyazıda atəş və ardından qadınların qışqırıq səsləri ilə yarımçıq qalan aparıcı Luis Manuel Medinanın çıxışı yer alıb.

    L.M.Medinadan başqa, Dominikanın 103FM radiostansiyasının prodüseri Leo Martines də ölüb.

    Digər bir qadın güllə yarası alıb və hazırda xəstəxanadadır.

    Polis hücum edənlərin motivlərinin hələlik məlum olmadığını açıqlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi