Yuxarı
    Bağlamaq

    İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni sədr seçilib

    İclasda təşkilati məsələyə baxılıb© Report.az

    Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib.

    “Report”un xəbərinə görə, iclasda təşkilati məsələyə baxılıb.

    İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yekdil qərarına əsasən Muxtar Kazım oğlu İmanov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri seçilib.

    Qeyd edək ki, 62 yaşlı M.İmanov Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvüdür.

    İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri vəzifəsini 12 ildir Cahangir Məmmədli həyata keçirirdi. Onun səlahiyyət müddəti başa çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi