Yuxarı

Hindistan səfiri "Report" İnformasiya Agentliyində olub

​Hindistan səfiri "Report" agentliyində olub

Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna "Report" İnformasiya Agentliyinin redaksiyasında olub.

"Report" xəbər verir ki, səfir Agentliyin kollektivi ilə tanış olub, iş prosesi ilə maraqlanıb.

Ardından "Report" İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyevlə görüş baş tutub və o, səfirə Agentliyin fəaliyyəti, gələcək planları barədə məlumat verib.

Bundan əlavə, M.Əliyev iki ölkə haqqında xəbərlərin çatdırılması üçün Hindistan səfirliyi və bu ölkənin mediası ilə əməkdaşlığın vacibliyini vurğulayıb.

Öz növbəsində, səfir B.Vanlalvavna "Report"un yaydığı xəbərləri daim izlədiyini söyləyib. O qeyd edib ki, Agentlik fəaliyyət göstərdiyi 5 il ərzində böyük uğurlar qazanıb və Azərbaycanın media bazarında aktiv şəkildə fəaliyyət göstərir.

Bundan əlavə, diplomat ictimaiyyəti bu ölkələrdəki real vəziyyətlə daha yaxından tanış etmək üçün jurnalistlərin qarşılıqlı səfərlərinin vacibliyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi