Gürcüstanın Azərbaycandilli radiosu mükafata layiq görülüb - FOTO

Gürcüstanın Azərbaycandilli radiosu mükafata layiq görülüb - FOTO Tbilisi. 16 noyabr. REPORT.AZ/ Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə Gürcüstanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı nəzdində fəaliyyət göstərən Tolerantlıq Mərkəzi ənənəvi tədbir keçirib.
Media
16 Noyabr , 2018 20:09
Gürcüstanın Azərbaycandilli radiosu mükafata layiq görülüb - FOTO
Report

Tbilisi. 16 noyabr. REPORT.AZ/ Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə Gürcüstanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı nəzdində fəaliyyət göstərən Tolerantlıq Mərkəzi ənənəvi tədbir keçirib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, mərasimdə il ərzində ölkədə etnik və milli azlıqların hüquqlarının qorunması və tolerantlıq mədəniyyətinin inkişafına töhfə verən təşkilat, dövlət məmurları və media qurumlarına “Tolerantlıq müdafiəçisi” mükafatı təqdim olunub.

Gürcüstanda Azərbaycan və gürcü dillərində fəaliyyət göstərən “Marneuli FM” radiousu da bu mükafata layiq görülüb. Sertifikat radionun təsisçisi Kamilla Məmmədovaya təqdim olunub.

O, çıxışında mükafata görə Tolerantlıq Mərkəzinə təşəkkürünü bildirib: “Marneuli FM" radiosunun əsas məqsədi azərbaycanlıların öz dilində informasiya əldə etmək hüququnu təmin etməkdir. Bu mükafat radioda çalışan bütün əməkdaşlara verilən yüksək qiymətdir”.

K.Məmmədova “Report”un Gürcüstan bürosuna açıqlamasında bildirib ki, “Marneuli” radiousu 2015-ci ildən internet resursu kimi fəaliyyət göstərir və 2017-ci ildən lisenziya əsasında FM dalğasında yayımlanır. Təsisçi media qurumda 10-a yaxın əməkdaşın çalışdığını qeyd edib.

Mükafatlandırma mərasimi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və BMT-nin Gürcüstandakı Assosiasiyasının (UNAG) dəstəyi ilə təşkil olunub. Tədbirdə Gürcüstanın ombudsmanı Nino Lomcaria, diplomatik korpusun nümayəndələri, milli və dini azlıqları təmsil edən təşkilatlar və media qurumlarının təmsilçiləri iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi