Fransanın nüfuzlu qəzetində Azərbaycanın tranzit imkanları barədə məqalə dərc olunub

Fransanın nüfuzlu qəzetində Azərbaycanın tranzit imkanları barədə məqalə dərc olunub Məqalədə Ələt limanı, Bakı-Tbilisi-Qars, Astara-Rəşt layihələri barədə məlumat verilib
Media
14 Mart , 2017 20:08
Fransanın nüfuzlu qəzetində Azərbaycanın tranzit imkanları barədə məqalə dərc olunub

Bakı. 14 mart. REPORT.AZ/ Fransanın nüfuzlu "l’Opinion" jurnalında Klod Leblankın "Azərbaycan özünü İpək Yolunda "5 ulduz hövzə" kimi təsəvvür edir" adlı məqaləsi dərc olunub.

"Report"un qəzetə istinadən verdiyi məlumatına görə, müəllif Azərbaycanın qədim İpək Yolu üzərində yerləşdiyini, ticarət karvanları üçün təyinat nöqtəsi olduğunu qeyd edir.

Coğrafi vəziyyətinə görə Cənubi Qafqaz regionunda, Avropa ilə Asiyanın sərhədində yerləşən Azərbaycan buğun Çinin "bir kəmər, bir yol" təşəbbüsü olan Şərq-Qərb, Şimal-Cənub marşrutlarının inkişafında üstün rol oynayır.

Müəllif, eyni zamanda Bakıdan 70 km məsafədə yerləşən Ələt limanının fəaliyyəti haqqında məlumat verir və buranın təkcə ticarət məkanı kimi deyil, həm də istehsal sahəsi kimi də nəzərdə tutulduğunu diqqətə çatdırır.

O, həmçinin azad ticarət zonasının fəaliyyətinə dair tezliklə qanunun qəbul ediləcəyini bildirir. Yeni qanunda inzibati prosedurların sadələşdirilməsi, xarici müəssisələrdə investisiyaların tam qorunması və iqtisadi cəhətdən əlverişli şəraitin yaradılması nəzərdə tutulub. Artıq bir sıra sərmayədarlar bu təşəbbüsü dəstəkləyib və əməkdaşlıq etmək niyyətlərini bildiriblər.

Bakı-Tbilisi-Qars və Astara-Rəşt (İran) dəmiryolu xəttinin çəkilməsi üzrə görülən işlərdən söz açan müəllif, ikinci layihənin maliyyələşdirilməsinə rəsmi Bakı tərəfindən də vəsaitin ayrılacağını da diqqətə çatdırır.  

Son xəbərlər

Orphus sistemi