Bakı. 29 iyun. REPORT.AZ/ Tanınmış "Agence France Presse" agentliyi Bakıda keçirilən birinci Avropa Oyunlarının təntənəli bağlanış mərasimi ilə bağlı məqalə yazıb.
"Report"un məlumatına görə, agentlik məqalədə Azərbaycanda keçirilən birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi ilə başa çatdığını bildirib.
Məqalədə Oyunlarda iştirak edən idmançılara istinadən bildirilir ki, bu idman yarışları mükəmməl təşkil olunub və əlavə olunub ki, Bakı Olimpiya Oyunlarına hazırdır. Bildirilir ki, infrastruktur və təşkilatçılıq qabiliyyəti Azərbaycana bu Oyunları keçirmək üçün imkan verir.