​Fox Sports: Azərbaycan Avropa Oyunlarını keçirməklə dünya arenasında iz qoymağa nail oldu

​Fox Sports: Azərbaycan Avropa Oyunlarını keçirməklə dünya arenasında iz qoymağa nail oldu Patrik Hikki: "Azərbaycan qarşısındakı vəzifəni əla yerinə yetirib"
Media
29 İyun , 2015 12:42
​Fox Sports: Azərbaycan Avropa Oyunlarını keçirməklə dünya arenasında iz qoymağa nail oldu

Bakı. 29 iyun. REPORT.AZ/ "İlk Avropa Oyunları qlobal idman təqvimində öz yerini müəyyən etdiyi kimi, Azərbaycan da Avropa Oyunlarını keçirməklə dünya arenasında iz qoymağa nail oldu". "Report" xəbər verir ki, bu barədə FOX İdman kanalının saytında dərc edilən Bakıda keçirilən I Avropa Oyunlarının bağlanışna həsr olunmuş məqaləsində qeyd olunur.

Reportajda vurğulanır ki, Oyunların bağlanış mərasimində əsas rənglər Azərbaycan ənənələrini nümayiş etdirən onun milli Bayrağının rəngləri olan mavi, qırmızı və yaşıl rənglər idi.

Məqalədə tribunaların azarkeşlərlə dolu olduğu qeyd olunur və deyilir ki, yerli azarkeşlərin "sevinmək və bayram etmək üçün səbəbi var idi, çünki, Azərbaycan ümumi medal sayına görə bu Oyunlarda ikinci yeri tutdu".

"Azərbaycan qarşısındakı vəzifəni əla yerinə yetirdi" - reportajda Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin Associated Press agentliyinə dediyi sözlər də əksini tapıb. "Mən tam əminliklə deyə bilərəm ki, Azərbaycanı da Avropa Oyunları kimi parlaq gələcək gözləyir".

Son xəbərlər

Orphus sistemi