Fotojurnalist Yaşar Xəlilov evində ziyarət edilib

Fotojurnalist Yaşar Xəlilov evində ziyarət edilib O, dalbadal 5 Olimpiadanı işıqlandıran yeganə Azərbaycan fotojurnalistidir
Media
11 İyun , 2016 16:59
Fotojurnalist Yaşar Xəlilov evində ziyarət edilib

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və MŞ-nin Ahıl Jurnalistlər Məclisinin təmsilçiləri tanınmış fotojurnalist Yaşar Xəlilovu mənzilində ziyarət edib, 83 yaşlı sənətkarın müalicəsi və qayğıları ilə maraqlanıblar.

MŞ-dan "Report"a verilən məlumata görə, Ə.Amaşov Azərbaycan milli fotojurnalistikasının inkişafına yarım əsrdən artıq xidmət göstərmiş “Şöhrət” ordenli əməkdar jurnalistə rəhbərlik etdiyi qurumun fəxri diplomunu və ahıl jurnalistlərin hədiyyəsini təqdim edib.

Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov həvəskar foroqrafçılıqdan milli fotojurnalistikamızın zirvələrinədək yüksələn Yaşar Xəlilovun məhsuldar və şərəfli bioqrafiyasını yada salıb. O bildirib ki, 45 il ciddi yaradıcılıq yolu keçən Y.Xəlilov ümummilli lider Heydər Əliyevin respublikamıza hər iki rəhbərliyi dövrünün geniş, məzmunlu fototarixcəsinin yaradılmasında daim öndə gedib.

AJM-in sədr müavini Məzahir Süleymanzadə, İdman Jurnalistləri Assossiasiyasının prezidenti Eldar İsmayılov, fotojurnalistlər Rafiq Salmanov və Rasim Sadıxov ustad sənətkarın xarakterinin və peşəkalığının özəlliklərindən, bioqrafiyasının seçilən məqamlarından söz açaraq qeyd ediblər.

O, dalbadal 5 Olimpiadanı işıqlandıran yeganə Azərbaycan fotojurnalistidir.

Yaşar Xəlilov göstərdikləri həssaslığa, haqqında söylənən xoş sözlərə görə razılığını bildirib, iş prosesindəki bəzi maraqlı məqamları yada salıb, xatirələri bölüşüb. O, həmçinin müasir fotojurnalistikadakı meyillərdən də söz açıb. 

Son xəbərlər

Orphus sistemi