Yuxarı
    Bağlamaq

    Fələstinin Azərbaycandakı səfiri "Report" İnformasiya Agentliyində olub - FOTO

    Səfir qeyd edib ki, Fələstin Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verir

    Bakı. 4 iyun. REPORT.AZ/ Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim (Naseer A. Kareem) "Report" İnformasiya Agentliyində (İA) olub.

    Səfir əvvəlcə redaksiyanın ofisində yaradılan şərait və agentliyin fəaliyyəti ilə tanış olub.

    "Report" İA-nın baş redaktoru Murad Əliyevlə görüşən səfir qeyd edib ki, Fələstin Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verir. Hər iki ölkənin münaqişələrdən əziyyət çəkdiyini qeyd edən diplomat bu problemlərin dünya ictimaiyyətinə çatdırılmasında mətbuatın müstəsna rol oynadığını vurğulayıb.

    Öz növbəsində M.Əliyev qeyd edib ki, Azərbaycanla Fələstin arasında mövcud əlaqələrin, siyasi və iqtisadi münasibətlərin genişləndiyini vurğulayıb.

    Görüş zamanı İsrail-Fələstin münaqişəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər müzakirə olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi