Yuxarı

​Facebook ötən ilki gəlirini açıqlayıb

Hər ay bu sosial şəbəkənin bir milyard 390 milyon istifadəçisi olub

Bakı. 29 yanvar. REPORT.AZ/ 2014-cü ilin yekununa əsasən, facebook sosial şəbəkəsinin gəliri 2,94 milyard dollar təşkil edib.

"Report" "BBC"yə istinadən xəbər verir ki, sosial şəbəkənin ötən ilki gəliri 2013-cü ildəkindən 96 faiz artıq olub.

Şirkətin məlumatına əsasən, facebook gəlirini cib telefonlarının reklamı hesabına artırıb. Ötən il reklamdan gələn ümumi qazancın üçdə biri cib telefonları reklamlarının payına düşüb.

Hesabatda bildirilib ki, ötən il hər ay bu sosial şəbəkənin bir milyard 390 milyon istifadəçisi olub. Bir ildə isə onların sayı 13% artıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi