"Facebook" jurnalistlərlə daha fəal əməkdaşlıq etməyə hazırlaşır

"Facebook" jurnalistlərlə daha fəal əməkdaşlıq etməyə hazırlaşır Bu gün "Facebook Journalism Project" layihəsi istifadəyə verilib
Media
12 Yanvar , 2017 00:29
Facebook jurnalistlərlə daha fəal əməkdaşlıq etməyə hazırlaşır

Bakı. 12 yanvar. REPORT.AZ/ Bu gün "Facebook" sosial şəbəkəsi şirkətin jurnalistlər və naşirlərlə daha sıx əməkdaşlığını nəzərdə tutan "Facebook Journalism Project" layihəsini istifadəyə verib.

"Report" xəbər verir ki, bu barədə şirkətin bəyanatında bildirilir.

"Biz məhsullar hazırlamaq üçün xəbər qurumları ilə əməkdaşlıq edəcəyik, jurnalistlərin ən yaxşı tərəfdaşı olmağı öyrənəcəyik və rəqəmsal dövrdə məlumatlı oxucu olmaq üçün insanlara ehtiyac duyduqları bilikləri onlara necə verməyi anlamaq üçün naşirlərlə işləyəcəyik. Layihənin bəyan edilən istiqamətləri arasında xəbər məhsullarının birgə hazırlanması, treninqlər və həm jurnalistlər, həm də bütün istifadəçilər üçün alətlər var", - deyə şirkətin məlumatında qeyd olunur.

Layihənin istifadəyə verilməsi "Facebook"un saxta xəbərlərlə mübarizə proqramının bir hissəsidir.

Son xəbərlər

Orphus sistemi