Eldar Sultanovun yubileyidir

Eldar Sultanovun yubileyidir Bakı. 16 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri, media ilə mütəmadi əməkdaşlıqda maraqlı olan Eldar Sultanovun doğum günü və yubileyidir.
Media
16 Mart , 2018 10:51
Eldar Sultanovun yubileyidir
Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov / Report

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri, media ilə mütəmadi əməkdaşlıqda maraqlı olan Eldar Sultanovun doğum günü və yubileyidir.

“Report”un xəbərinə görə, E.Sultanovun 55 yaşı tamam olur.

Eldar Sultanov 1963-cü il martın 16-da Gürcüstanın Marneuli rayonunda anadan olub. 1969-1979-cu illərdə orta təhsil alıb. E.Sultanov Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1983-cü ildən dövlət qulluğunda, o cümlədən vergi orqanlarında çalışan E.Sultanov 2001-2006-cı illərdə Milli Məclis sədrinin köməkçisi, 2007-ci ildən isə prokurorluq orqanlarında - Baş Prokurorluğun Təşkilat Analitik İdarəsinin prokuroru vəzifəsində xidmətə başlayıb.

E.Sultanov 2008-ci ildən Baş Prokurorluğun mətbuat xidmətinə rəhbərlik edir. O, bu müddət ərzində Kütləvi İnformasiya Vasitələri ilə qarşılıqlı münasibətlərin daha da yaxşılaşmasına və yüksək əməkdaşlığa nail olub.

“Report” İnformasiyanın Agentliyinin kollektivi ictimaiyyətlə əlaqələrə yüksək səviyyədə maraq göstərən Eldar Sultanovu təbrik edir, ona möhkəm cansağlığı, gələcək işlərində uğurlar arzulayır!

Son xəbərlər

Orphus sistemi