“Ekran və efirdə ədəbi dil normaları” layihəsinin icrasına başlanılıb

“Ekran və efirdə ədəbi dil normaları” layihəsinin icrasına başlanılıb Gənc reportyorlar, müxbir və redaktorlar üçün təlimlər, ustad dərsləri keçiriləcək
Media
3 Oktyabr , 2017 20:45
“Ekran və efirdə ədəbi dil normaları” layihəsinin icrasına başlanılıb

Bakı. 3 oktyabr. REPORT.AZ/Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Milli Televiziya və Radio Şurasının dəstəyi ilə “Ekran və efirdə ədəbi dil normaları” layihəsinin icrasına başlayıb.

Bu barədə "Report"a Fonddan məlumat verilib.

İlk təlim Xəzər televiziyasında gənc aparıcı və reportyorların iştirakı ilə keçirilib.

Fondun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova bildirib ki, “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində tanınmış dilçilərin, təcrübəli jurnalistlərin iştirakı ilə televiziya və radio şirkətlərində gənc reportyorlar, müxbir və redaktorlar üçün təlimlər, ustad dərsləri keçiriləcək.

Layihə üzrə ilk təlimçi AMEA-nın Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova olub.

İki ay davam edəcək təlimlərdə AMEA-nın Dilçilik İnstitutunun mütəxəssisləri, Bakı Dövlət Universitetinin, Mədəniyyət və İncəsənət Universitetinin təcrübəli professor və müəllimləri, eləcə də praktik jurnalistlər iştirak edəcəklər.

Layihə digər televiziya və radio şirkətlərində də həyata keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi