Yuxarı
    Bağlamaq

    Əflatun Amaşovun yubileyidir

    Mətbuat Şurası sədrinin 60 yaşı tamam olur© Report.az

    Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycanın ictimai-siyasi xadimi, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun yubileyidir.

    “Report”un məlumatına görə, onun 60 yaşı tamam olur.

    Xatırladaq ki, Əflatun Amaşov 26 aprel 1957-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub.

    1985-1994-cü ildə “AzərTAC” Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb. 1995-ci ildə “Yeni Nəsil” Jurnalistlər Birliyinin yaradıcılarından olub. 1995-1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutub. 1998-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib. 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. 2005 və 2008-ci illərdə keçirilən qurultaylarda bu vəzifə yenidən ona həvalə olunub.

    Jurnalistika sahəsində çoxsaylı kitabların, bir sıra dərs vəsaitlərinin müəllifidir.

    Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin və Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür.

    Prezidentin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib. 2015-ci ildə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Ötən gün Prezident İlham Əliyev Əflatun Amaşovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Ailəlidir, bir övladı var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi