Yuxarı
    Bağlamaq

    Əflatun Amaşov Türk Dünyası Jurnalistləri Şurasının II toplantısına qatılacaq

    Mətbuat Şurasının sədri məruzə ilə çıxış edəcək

    Bakı. 25 may. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türk Dünyası Jurnalistləri Şurasının mayın 26-dan 29-dək Kazanda keçiriləcək II toplantısına qatılacaq. 

    Şuradan "Report"a verilən xəbərə görə, Ə.Amaşov 20 ölkədən 200-dən artıq nümayəndənin iştirak edəcəyi tədbirdə qloballaşan dünyada ənənəvi mediadan onlayn mediaya keçidin xüsusiyyətlərinə, Türk Dünyası mediasının mövcud dünya düzənindəki roluna dair məruzə edəcək.

    Tədbirdə habelə dünyada söz və ifadə azadlıqlarının vəziyyəti ilə bağlı hesabatlar açıqlanacaq, Türk Dünyasının müştərək problemlərinə münasibətdə kütləvi informasiya vasitələrinin səfərbəredici missiyasına nəzər salınacaq. Səfər çərçivəsində Tatarıstan Respublikasının rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri ilə görüşlərin təşkili də nəzərdə tutulur.

    Toplantı iştirakçıları təmsil olunduqları bölgələrdən gətirdikləri qəzet nümunələri əsasında hazırlanacaq media sərgisinə də qatılacaqlar.

    Türk Dünyası Jurnalistləri Şurasının II toplantısında MŞ sədri Əflatun Amaşovla yanaşı, Şuranın İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət də iştirak edəcək.

    Qeyd edək ki, Türk Dünyası Jurnalistləri Şurasının ilk toplantısı ötən il Türkiyənin Əskişəhər şəhərində baş tutmuşdu. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi