​Əflatun Amaşov: “Milli Məclis də hədəfə gəlmişdi”

​Əflatun Amaşov: “Milli Məclis də hədəfə gəlmişdi” “Az saylı media nümayəndələri hadisələrə başqa prizmadan yanaşdılar”
Media
15 Aprel , 2016 12:52
​Əflatun Amaşov: “Milli Məclis də hədəfə gəlmişdi”

Bakı. 15 aprel. REPORT.AZ/ “Dörd günlük hərbi əməliyyatlar zamanı Azərbaycan mediası baş verən olayları kifayət qədər ümummilli maraqlar baxımından işıqlandırdı və onların informasiya mənbələri demək olar Müdafiə Nazirliyinin mətbuat xidməti oldu. Bu, müsbət haldır”.

“Report”un xəbərinə görə, bunu millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin bugünkü iclasında deyib.

O, təəssüflə vurğulayıb ki, az saylı media nümayəndələri hadisələrə başqa prizmadan yanaşdılar: “Bu yanaşma da Azərbaycanın əleyhinə idi. Diqqətlə izlədikdə ayrı-ayrı qurumlar da, o cümlədən Milli Məclis də hədəfə gəlmişdi. Mən Milli Məclislə bağlı yazılan yazını birmənalı qərəzli və qeyri-obyektiv sayıram. Elə etməliyik ki, nəinki Milli Məclis, heç bir qurum barədə cəmiyyətdə qeyri-obyektiv rəy formalaşmasın”.

Son xəbərlər

Orphus sistemi