Əflatun Amaşov ATƏT təmsilçisi ilə görüşüb

Əflatun Amaşov ATƏT təmsilçisi ilə görüşüb MŞ sədri rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb
Media
23 Aprel , 2015 17:56
Əflatun Amaşov ATƏT təmsilçisi ilə görüşüb

Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov ATƏT-in şöbə rəhbəri Blerim Vela ilə görüşüb.

Şuradan "Report"a verilən məlumata görə, Ə.Amaşov görüşdə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb. MŞ-nin bir çox beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri ilə əməkdaşlıq etdiyini vurğulayan Ə.Amaşov bu əlaqələrin media sahəsindəki təcrübənin Azərbaycanda tətbiqi baxımından əhəmiyyətinə toxunub.

ATƏT nümayəndəsi B.Vela təmsil etdiyi təşkilatın Azərbaycanla münasibətlərinin müxtəlif aspektlərindən danışıb. O bildirib ki, media sahəsindəki əməkdaşlıq prioritet təşkil edir.

Görüşdə qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Birgə əməkdaşlığın mümkün variantları nəzərdən keçirilib. Belə müzakirələrin davamlı xarakter daşımasının vacibliyi ifadə olunub.  

Son xəbərlər

Orphus sistemi