Yuxarı

​Mətbuat Şurası “Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış” mövzusunda “dəyirmi masa” keçirəcək

Tədbirdə qəzetlərin, informasiya agentliklərinin baş redaktorlarının iştirakı nəzərdə tutulur

Bakı. 19 noyabr. REPORT.AZ/ Sabah - noyabrın 20-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış” mövzusunda “dəyirmi masa” keçiriləcək.

Bu barədə “Report”a Mətbuat Şurasından məlumat verilib.

Şuranın təşəbbüsü ilə keçiriləcək tədbirdə qəzetlərin, informasiya agentliklərinin, həmçinin internet xəbər saytlarının baş redaktorlarının, jurnalist təşkilatlarının təmsilçilərinin, ictimai xadimlərin iştirakı nəzərdə tutulur.

Toplantıda son günlər bəzi media orqanlarının, əsasən də internet informasiya resurslarının bir sıra dövlət qurumları ilə bağlı məlumat və şərhlərinin cəmiyyətdə yaratdığı vəziyyət müzakirə olunacaq. Bu müstəvidə jurnalist peşəkarlığının müxtəlif aspektlərinə nəzər salınacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi