Yuxarı

Azərbaycanda dil mənzərəsi qənaətbəxş olan saytların adları açıqlanıb

Bu saytlarda dil məsələlərinə xüsusi həssaslıqla yanaşılır

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycanın xəbər saytları ilə bağlı aparılan monitorinqin nəticələrinə görə dil mənzərəsi yaxşı olan saytların adları açıqlanıb. Bunlar report.az, trend.az, apa.az saytlarıdır. Bu barədə "Report"a AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun mətbuat katibi Təranə Şükürlü məlumat verib.

Bu gün keçirilən mətbuat konfransında çıxış edən İnstitutun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli qeyd edib ki, monitorinqə cəlb olunan saytlar 3 qrupa bölünüb: "I qrupa dil mənzərəsi yaxşı olan, II qrupa dil mənzərəsi orta olan, III qrupa isə dil baxımdan çox bərbad olan saytlar daxil edilib. I qrupa daxil saytların dil mənzərəsi digərlərindən fərqlənir. Bu qrupa daxil olan saytların materialları əsasında aparılan monitorinqin nəticələri göstərdi ki, burada dil məsələlərinə xüsusi həssaslıqla yanaşılıb".

Saytların monitorinqi dörd ay müddətində aparılıb. Monitorinqə ümumilikdə 15-ə yaxın sayt cəlb edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi