Yuxarı
    Bağlamaq

    Deputat: “Kabel şəbəkəsi yayımı sahəsində sui-istifadə halları üzə çıxır”

    “Bu sahə qanunla tənzimlənməlidir”

    Bakı. 5 aprel. REPORT.AZ/ “Kabel şəbəkəsi yayımı sahəsində sui-istifadə halları üzə çıxır. Ona görə bu sahə qanunla tənzimlənməlidir”.

    “Report”un xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Rafael Hüseynov deyib.

    Onun sözlərinə görə, Azərbaycanda internet azaddır, amma bu, o demək deyil ki, burada sui-istifadə hallarına yol verilməlidir.

    R.Hüseynov qeyd edib ki, “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi tez bir zamanda qəbul edilməlidir: “Bu qanun layihəsinə ekspertlər müsbət rəy verib. Qanun 4 fəsil, 17 maddədən ibarətdir. Burada reklamın hüdudları da müəyyənləşdirilib”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi