Yuxarı

Daha 32 rayonda televiziya kanallarının analoq yayımı dayandırılıb - SİYAHI

Növbəti mərhələdə bütün ölkədə rəqəmli televiziya yayımına keçiləcək

Bakı 10 dekabr. REPORT.AZ/ Bu gündən 32 rayonda - Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qax rayonlarında televiziya kanallarının analoq yayımı dayandırılıb.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin müdiri İsa Məmmədovun "Report" a verdiyi məlumata görə, ölkədə analoq televiziya yayımının mərhələli şəkildə dayandırılması prosesi davam edir.

O xatırladıb ki, dekabrın 1-də 330 analoq televiziya stansiyasından 77-si söndürülüb: "Dekabrın 10-da isə qalan 253 stansiyadan əksəriyyəti söndürülüb".

Dekabrın 20-də isə son olaraq Şirvan, Salyan, Neftçala, Haciqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik, Astarada dayandırılması nəzərdə tutulub.

Qeyd edək ki, MTRŞ əhalinin rahatlığının təmin edilməsi, analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin (“Set-Top-Box”-ların) əldə olunması işinin asanlaşdırılması məqsədilə respublikanın regionlarında analoq yayımın mərhələli şəkildə dayandırılmasını məqsədəmüvafiq hesab edib.

Xatırladaq ki, Bakı və Abşeron yarımadasında analoq yayım noyabrın 1-dən dayandırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi