Yuxarı

Dünyada bu ilin əvvəlindən 74 jurnalist öldürülüb

Jurnalistlər üçün ən təhlükəli ölkə Əfqanıstandır

Bakı. 4 iyul. REPORT.AZ/ Bu ilin əvvəlindən 22 ölkədə 74 jurnalist öldürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu məlumatı "Press Emblem Campaign" qeyri-hökumət təşkilatı nəşr edib.

PEC-in dəyərləndirməsinə görə, media işçiləri üçün ən təhlükəli ölkələr Əfqanıstan (altı ayda 10 qurban) Suriya (9), Meksika (8), İraq və Yəmən (hər birinə 7), Qvatemala (5), Hindistan, Pakistan və Türkiyədir (hamısı 4). Bu baxımdan siyahıda ilk "10-luğ"a Rusiya, Filippin və Salvador da daxil edilib. Adıçəkilən ölkələrdə bu ilin əvvəlindən 2 jurnalist qətlə yetirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi