Yuxarı
    Bağlamaq

    Azərbaycanda ötən il ən çox xəbərdarlıq edilən və cərimələnən televiziyaların adları açıqlanıb - SİYAHI

    “Space Müstəqil Teleradio Şirkəti”nə 3 dəfə xəbərdarlıq edilib, ANS Müstəqil Yayım və Media Şirkəti 240 min manat cərimələnib

    Bakı. 2 yanvar. REPORT.AZ/ Ötən il Milli Televiziya və Radio Şurasının (MRTŞ) ən çox xəbərdarlıq etdiyi və cərimələdiyi televiziyaların adları açıqlanıb.

    "Report" xəbər verir ki, MTRŞ 2015-ci ildə “Space Müstəqil Teleradio Şirkəti”nə 3 dəfə xəbərdarlıq edib. 

    Ötən il ərzində ən çox cərimə olunan televiziya isə ANS Müstəqil Yayım və Media Şirkətidir. Şura ANS-i ümumillikdə 240 min manat cərimələyib. Bundan başqa, MTRŞ ANS televiziyasının efirində yayımlanan “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” verilişlərinin yayımını bir ay, “Salam Azərbaycan” proqramının efirə getməsini 10 gün müddətinə dayandırıb. 

    2015-ci ildə şura “Lider TV və Radio Azərbaycan” MMC-yə, “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nə bir dəfə xəbərdarlıq edib.

    “ATV” telekanalının efirində yayımlanan “Qaynanamız” teleserialının yayımı tam dayandırılıb.

    Eyni zamanda, Xəzərin “Günəşli” yatağındakı 10 saylı dəniz özüllərində baş verən qəzaya görə ölkədə elan olunan matəm günündə qanunu pozduqlarına görə "Space", "Xəzər" televiziyalarına, ANS ÇM, Jazz FM, Anten FM, Araz FM radiolarına irad tutulub, yayımçılara müvafiq tövsiyələr verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi