Yuxarı

​Braziliya xəbər portalı I Avropa Oyunları ilə bağlı Bakı haqqında məqalə dərc edib

Məqalə müəllifi, həmçinin Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verib

Bakı. 22 iyun. REPORT.AZ/ Braziliyanın "Hoje em Dia" xəbər portalı Azərbaycanın paytaxtı haqqında məqalə dərc edib.

"Report" xəbər verir ki, məqalə müəllifi Bakı və Azərbaycanda iyunun 12-də start götürən I Avropa oyunları haqqında oxucularına məlumat təqdim edib.

Məqalədə qeyd olunur ki, bu oyunlar buraya qatılan idmançılara Rio de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanı verir.

Şəhərin memarlıq abidələrindən danışan müəllif müasir binaların İçərişəhərdəki köhnə binalarla harmoniya təşkil etdiyini qeyd edir.

Bundan başqa məqalədə "Ağ şəhər" layihəsi və Bakının 2020-ci ilədək inkişaf planı haqqında da oxuculara məlumat verilir.

Məqalə müəllifi Azərbaycana səfər etmək üçün vizanın necə alınması, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan hökumətinin icazəsi olmadan ölkənin işğal olunmuş bölgəsinə səfərlərin qadağan olunduğu barədə də məlumat dərc edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi