Yuxarı

BMT-nin baş katibi: "Son 10 ildə dünyada 700-dən çox jurnalist qətlə yetirilib"

Hər beş gündən bir bir jurnalist həyatından məhrum olur

Bakı. 3 noyabr. REPORT.AZ/ "Son 10 ildə dünyada 700-dən çox jurnalist qətlə yetirilib". "Report" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun noyabrın 2-də qeyd edilən jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlıqla mübarizə üzrə Beynəlxalq Gün münasibətilə bəyanatında deyilir.

BMT-nin baş katibi öldürülən jurnalistləri yad etməyə və KİV nümayəndələrinə qarşı cinayətlərin cəzasız qalmasına son qoymağa çağırıb.

"Son 10 il ərzində 700-dən çox jurnalist həlak olub. Başqa sözlə, hər beş gündən bir bir jurnalist ictimaiyyətə son məlumatları çatdırmaq istədiyinə görə həyatından məhrum olub", - bəyanatda deyilir.

Bəyanatda, həmçinin qeyd olunur ki, jurnalistlərin əksəriyyəti cəsarətlə işıqlandırdıqları münaqişələrdə həlak olur.

Pan Gi Mun YUNESKO-nun təşəbbüsü olan və jurnalistlərin təhlükəsizliyini təmin etmək məqsədilə BMT-nin reallaşdıracağı fəaliyyət planını alqışlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi