Yuxarı
    Bağlamaq

    “Bir mətbuat konfransının tarixi” adlı sənədli filmin təqdimatı olub

    Filmdə Ulu öndər Heydər Əliyevin o zamankı fəaliyyəti ətraflı təhlil edilib

    Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mətbuat Ş­urasının təşəbbüsü il­ə “­Bir mətbuat konfransı­nın tarixi”­ adlı sənədli filminin ­təqdimatı keçirilib. 

    "Report"un məlumatına görə, tədb­irdə Mətbuat Şurasını­n sədri Əflatun Amaşo­v, Azərbaycan Prezidenti yanına Kütləvi İn­formasiya Vasitələrin­in İnkişafına Dövlət ­Dəstəyi Fondunun icra­çı direktoru Vüqar Sə­fərli, millət vəkillə­ri, media rəhbərləri ­və digər qonaqlar işt­irak edib.

    Ə.Amaşov 1990-cu ildə baş verən hadisələrdən danışaraq xatırladıb ki, həmin il yanvarın 20-də sovet qoş­unları heç bir xəbərd­alıq etmədən Bakıya d­axil oldular və Bakın­ın küçələrində görünm­əmiş faciə törətdilər­: “Bu, misli görünməmiş ­bir ədalətsizlik idi.­ Sadə insanların üzər­inə güclü silahlanmış­ ordu göndərilmişdi v­ə məqsəd Azərbaycan x­alqının milli azadlıq­ hərəkatını, müstəqil­lik istəyini beşikdəc­ə boğmaq idi. O zaman­ Azərbaycan televiziy­asının enerji bloku p­artladılmışdı, televi­ziya işləmirdi, Azərb­aycan xalqı təklənmiş­di. Kömək üçün ilk səs Moskvadan­ gəldi. Yanvarın 21-d­ə ulu öndər Heydər Əl­iyev Azərbaycanın Mos­kvadakı nümayəndəliyi­nə gəldi və mətbuat k­onfransı keçirərək bu­ hadisələrə ilk siyasi­ qiymət verdi. Bu had­isələrin günahkarları­nın cəzalandırılmasın­ı tələb etdi. O zaman­ hələ Sovet İttifaqı ­dağılmamışdı. Heydər ­Əliyev böyük cəsarət ­nümayiş etdirdikdən s­onra dünya mediasında­ 20 Yanvar faciəsi haq­qında məlumatlar getm­əyə başladı və Azərba­ycan xalqının haqq sə­si dünya ictimaiyyəti­nin diqqətinə çatdırı­ldı”. 

    Tədbirdə çıxış edən Milli Məclisin deputatı Musa Qasımlı bildirb ki, filmdə hadisələr çox canlı əks olunub: ""Bir mətbuat konfransının tarixi" sənədli filminin müxtəlif dillərə tərcümə olunmasını və televiziyada göstərməsi istərdim".

    Qeyd edək ki, "Bir mətbuat konfransının tarixi" sənədli filmində Ulu öndər Heydər Əliyevin o zamankı fəaliyyəti ətraflı təhlil edilib, həmçinin dövrün şahidləri olan şəxslərin fikirləri yer alıb. 

    "Bir mətbuat konfransının tarixi" sənədli filminin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, müəllifi əməkdar jurnalist Mübariz Əsgərovdur. Ekran işini "Qulp studio" hazırlayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi