Bakı. 9 dekabr. REPORT.AZ/ Bu gün Belarusun İstintaq Komitəsi "Regnum" İnformasiya Agentliyinin müxbiri Sergey Şiptenkonu saxlayıb.
"Report" xəbər verir ki, bu barədə idarənin məlumatında bildirilir.
Məlumata görə, o, Rusiya və Belarus əhalisinin müxtəlif qrupları arasında milli və digər sosial ədavət, eləcə də, dil və digər sosial mənsubiyyət əlamətlərinə görə düşmənçilik yaratmağa yönəlmiş qəsdən hərəkətlər törətməkdə şübhəli bilinir.
Ötən gün işin daha iki iştirakçısı - Dmitri Alimkin və Yuri Pavlovets saxlanılaraq həbs edilib.
İstintaq ehtimal edir ki, onların hüquqa zidd əməllərinin əsas motivini maddi maraq təşkil edib.