Yuxarı
    Bağlamaq

    BƏƏ-nin tanınmış qəzeti Naxçıvan barədə məqalə dərc edib

    Məqalədə qəzetin baş redaktoru NAR-ın gözəlliklərdən bəhs edir

    Bakı. 27 oktyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərin “Əl-Fəcr” qəzeti Naxşıvan Muxtar Respublika barədə reportaj hazırlayıb.

    Azərbaycanın BƏƏ-dəki səfirliyindən "Report"a verilən məlumata görə, qəzetinin baş redaktoru Şərif Əl-Bəsilin “Naxçıvan öz irsi və təbiətinin sehri ilə qəlbləri məftun edir və gözləri heyrətləndirir” başlıqlı məqalədə sehrli təbiətinə, mötədil havasına, müxtəlif turizm və tarixi yerlərinə, eləcə də müalicəvi sularına və zaman yaşında olan arxeolojı abidələrinə görə Naxçıvan Muxtar Respublikasının dünyanın ən gözəl guşələrindən və ən cəlbedici turizm istiqamətlərindən biri olduğunu adlandırıb.

    Müəllif bu diyarın Fars Körfəzin ölkələrin turistləri üçün ideal istirahət məkanı etdiyini önə çəkib, son illər ərzində turizm sektorunda yaradılan şəraitin gələn qonaqların xəyallarında silinməz iz qoyduğunu xüsusilə qeyd edib.

    Sonra məqalədə Naxçıvanda turizm və müalicəvi turizm sahəsində dünya standartlarına uyğun şəraitdən geniş bəhs edilib, Duzdağ, Fizioterapiya Mərkəzi ətrafında detallı məlumat yayıb.

    Naxçıvandakı tarixi abidələrə gəlincə, bu mövzuda Ş.Əl-Bəsil VII əsrdə İslam memarlıq üslubunda tikilmiş Yəzdəgird qalası, Nuh türbəsi, Möminə Xatun türbəsi, Əshabi-Kəhf mağarası və ayrı-ayrı abidə və muzeylər haqqında məlumatlar təqdim edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi