BƏƏ mətbuatında Azərbaycan və prezident seçkiləri ilə bağlı daha bir məqalə dərc olunub

BƏƏ mətbuatında Azərbaycan və prezident seçkiləri ilə bağlı daha bir məqalə dərc olunub Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı BƏƏ mətbuatında dərc edilmiş sislsilə məqalələrin ardı olaraq ölkənin nüfuzlu ərəbdilli Əl-Fəcr qəzetinin 12 aprel tarixli sayında “Seçkilər şəffaf və demokratik şəraitdə keçirilir. Azərbaycanlılar seçkilərə İlham Əliyevin daxili və xarici siyasət sahəsindəki uğurlarına referendum kimi baxırlalar” sərlöhvəli yeni məqalə dərc olunub.
Media
13 Aprel , 2018 07:38
BƏƏ mətbuatında Azərbaycan və prezident seçkiləri ilə bağlı daha bir məqalə dərc olunub

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı BƏƏ mətbuatında dərc edilmiş sislsilə məqalələrin ardı olaraq ölkənin nüfuzlu ərəbdilli Əl-Fəcr qəzetinin 12 aprel tarixli sayında “Seçkilər şəffaf və demokratik şəraitdə keçirilir. Azərbaycanlılar seçkilərə İlham Əliyevin daxili və xarici siyasət sahəsindəki uğurlarına referendum kimi baxırlalar” sərlöhvəli yeni məqalə dərc olunub.

“Report” xəbər verir ki, prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan qəzetin baş redaktoru Dr. Şərif Bassel seçkilərin şəffaf və demokratik şəraitdə keçirildiyini, Azərbaycan xalqının 8 namizəd arasında ən layiqli namizədi seçdiyini qeyd edərək, xalqın ölkənin gələcəyinə səs verdiyini bildirib.

Müəllif bir neçə seçki məntəqəsində monitorinq apardıqlarını diqqətə çatdıraraq, seçici kütləsinin tam şəffaf şəraitdə səs verdiyini və müsahibə aldığı seçicilərin böyük əksəriyyətinin məhz hakim partiyanın namizədi olan İlham Əliyevə səs verdiyini bildirmiş, onların İlham Əliyevin ölkədə apardığı islahatlardan və yürütdüyü daxili və xarici siyasətdən razı qaldıqlarını vurğulayıb.

Milli Məclisin deputatı Hadı Rəcəblidən müsahibə alan məqalə müəllifi onun Yeni Azərbaycan partiyasının təmsil etdiyini, İlham Əliyevin seçki kampaniyasında iştirak etdiyini qeyd edib, İlham Əliyevin Azərbaycanın 15 il ərzində şahidi olduğu inkişaf və sivilizasiyanın banisi olduğunu diqqətə çatdıraraq, seçkilərin beynəlxalq standartlara uyğun şəraitdə keçirildiyini və xalqın öz gələcəyinə və ölkənin yüksəlişinə səs verəcəyinə əminliyini ifadə etdiyini bildirib.

70 yaşlı Heydər İsmayılov adlı seçicinin İlham Əliyevə səs verdiyini və onun ölkəndə sabitliyi qoruyub saxlayan, davamlı inkişafa aparan yeganə namizəd olduğunu bildirən yazar 25 il əvvəl sabitlik və təhlükəsizlik bilməyən ölkənin hal-hazırda tam təhlükəsizlik şəraitində yaşadığını, həyatın müxtəlif sahələrində mühüm nailiyyətlər əldə etdiyini və regionun qabaqcıl ölkəsinə çevirildiyini, bütün bunların məhz İlham Əliyevin apardığı siyasət nəticəsində baş verdiyini vurğulayıb.

Müsahibə aldığı digər seçicilərin də demək olar ki, hamısının İlham Əliyevə səs verdiyini bildirən müəllif Azərbaycanın 11 aprel tarixində həqiqi bir demokratiya bayramı yaşadığını oxucularının diqqətinə çatdırmış, müşahidəçilər üçün yaradılmış əlverişli şəraitdən danışmış və bir müşahidəçi kimi, sanki seçicilərin prezident seçkilərində deyil, İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurlara qiymət kimi təşkil olunmuş referendumda iştirak etmələri qənaətinə gəldiyini bildirib.

Son xəbərlər

Orphus sistemi