"BBC Radio"nun məşhur aparıcısı vəfat edib

"BBC Radio"nun məşhur aparıcısı vəfat edib Cimmi Yanq 95 yaşında öz evində dünyasını dəyişib
Media
8 Noyabr , 2016 05:35
BBC Radionun məşhur aparıcısı vəfat edib

Bakı. 8 noyabr. REPORT.AZ/ Uzun illər "BBC Radio"da işləyən məşhur britaniyalı aparıcı Cimmi Yanq çərşənbə axşamı 95 yaşında dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı mərhumun ailə üzvlərinə istinadən BBC yayım korporasiyası məlumat yayıb.

Məlumata görə, jurnalist öz evində vəfat edib. Son mənzilə gedən zaman onun yanında həyat yoldaşı Alisiya olub.

Cimmi Yanq 1921-ci ildə doğulub. O, 1967-ci ildə "Radio 1" fəaliyyətə başlayan zaman, onun ilk radioaparıcılarından olub. Altı ildən sonra o, "Radio 2"yə keçib və 2002-ci ildə istefaya gedənədək orada işləyib. Cimmi Yanq 1950-ci illər ərzində bir sıra sinqlların müəllifi kimi də məşhurdur. Onlardan bəziləri, hətta zəmanəsinin hitinə də çevrilib.

Son xəbərlər

Orphus sistemi