Bakı. 17 sentyabr. REPORT.AZ/ "BBC Monitorinq" Bakıdakı ofisini bağlayır. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
"BBC Monitorinq" altı ay müddətində Azərbaycandakı fəaliyyətini dayandıraraq Tbilisidəki ofisə yerləşəcək.
Bu qərarın səbəbləri açıqlanmır.
Məlumata görə, "BBC Monitorinq"in Bakı ofisində bu məlumatı şərh etməkdən imtina ediblər. Həmçinin BBC-nin Londondakı qərargahından da məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.
Qeyd edək ki, bölmə artıq 15 ildir Bakıda fəaliyyət göstərir.