​Baş Prokurorluq baş redaktora xəbərdarlıq edib

​Baş Prokurorluq baş redaktora xəbərdarlıq edib Saytla bağlı daxil olmuş müraciət araşdırılıb
Media
14 Aprel , 2016 16:27
​Baş Prokurorluq baş redaktora xəbərdarlıq edib

Bakı. 14 aprel. REPORT.AZ/ “Femida.az” internet saytının adından və elektron poçt ünvanından sui-istifadə etməsi ilə bağlı “Femida-007” qəzeti barəsində qanunamüvafiq tədbir görülməsinə dair həmin sayt barəsində daxil olmuş müraciət Baş Prokurorluqda araşdırılıb.

Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Araşdırmalar nəticəsində “Femida-007” qəzetinin rəhbərliyi tərəfindən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası qanununun 28-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edildiyindən qəzetin baş redaktoru Baş Prokurorluğa dəvət edilərək ona “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə müvafiq qaydada yol verdiyi qanun pozuntusunun aradan qaldırılmayacağı təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbir görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Xatırladaq ki, “Femida-007” qəzetinin baş redaktoru Əyyub Kərimovdur.

Son xəbərlər

Orphus sistemi