Yuxarı

​BAMF sədri Beynəlxalq Mətbuat İnstitutunun Myanmadakı Baş Assambleyasında iştirak edir

Beynəlxalq Mətbuat İnstitutunun Myanmadakı Baş Assambleyası bu gün öz işinə başlayıb

Bakı. 27 mart. REPORT.AZ/ Beynəlxalq Mətbuat İnstitutunun Myanmadakı Baş Assambleyası bu gün öz işinə başlayıb. 

“Report” xəbər verir ki, buna qədər Beynəlxalq Mətbuat İnstitutunun İdarə Heyətinin görüşü keçirilib. Görüşdə BMİ-nun ötənilki fəaliyyəti və növbəti il üçün strateji planı müzakirə olunub. BMİ-nun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Barbara Trionfi İdarə Heyəti tərəfindən BMİ-nun icraçı direktoru vəzifəsinə seçilib. Bundan başqa, İdarə Heyəti özünün strateji tərəfdaşları ilə əməkdaşlığı da müzakirə edib. Bu mötəbər qurumun İdarə Heyətində Azərbaycanı BAMF sədr Umud Mirzəyev, bu beynəlxalq təşkilatın tərəfdaşları sırasında isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) var.

BAMF sədri Umud Mirzəyev Beynəlxalq Mətbuat İnstitutunun (IPI) Myanmada keçirilən Baş Assambleyası çərçivəsində Birləşmiş Millətlər Təşkilatının fikir və ifadə azadlığı hüququnun təşviqi və qorunması üzrə xüsusi məruzəçi Deyvid Keylə görüşüb. Görüşdə BMT-nin İqtisadi-Sosial Şurasının ən yüksək məşvərətçi statuslu üzvü kimi BAMF-in BMT-nin digər qurumları ilə münasibətləri geniş müzakirə olunub. Sonda BAMF sədri Umud Mirzəyev Deyvid Keyi Azərbaycana dəvət edib. Deyvid Key dəvəti qəbul edərək tezliklə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib. 

Bundan başqa, BAMF sədri Umud Mirzəyev Myanmanın informasiya texnologiyaları naziri Ye Htut və Myanmanın Mətbuat Şurasının sədri UKhin Maung Aye ilə də görüşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi