Yuxarı
    Bağlamaq

    Bakıda "Şərq Tərəfdaşlığı" ölkələri üçün media müsabiqəsinin təqdimatı olub

    Mükafatın məqsədi haqqında iştirakçılar məlumatlandırılıb

    Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakıda Şәrqi Avropada mәdәniyyәt müxtәlifliyi üzrә ADAMI media mükafatı müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilib.

    "Report" xəbər veiri ki, tədbirdə Almaniyanın Azərbaycandakı səfirinin müavini Paul Amann, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu, Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov və digərləri iştirak edib.

    Konfransı açan ADAMI-nın Azərbaycan üzrə koordinatoru İradə Əliyeva müsabiqə barəsində məlumat verib.

    Onun sözlərinə görə, audiovizual KİV-in bu media-müsabiqəsi "Şərq Tərəfdaşlığı" ölkələrində öz regionlarının dini-mədəni, tarixi və etnik müxtəlifliyini işıqlandırmaq üçün çalışan jurnalistlərin, tele-radio yayım şirkətlərinin əməkdaşların və kinematoqrafların fəaliyyətini əhatə edir. Ümumilikdə televiziya və onlayn kontenti əhatə edən 6 kateqoriyada 6 mükafat nəzərdə tutulub. Eləcə də gənc kinematoqraflar və jurnalistlər üçün mükafatlar nəzərdə tutulub: "ADAMI müsabiqəsində Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna təmsilçiləri iştirak edəcək. Bu, mədəni müxtəliflik üzrə işlərinizi nümayiş etdirmək və yayım peşəkarlarından ibarət qrupa qoşulmaq üçün unikal imkandır".

    Bu il müsabiqənin keçirilməsi üçün 15 sponsor dəstək verəcək. ADAMI Media mükafatı bu il altı kateqoriya üzrə mükafat təqdim edəcək. Bunlar Әylәncә (bәdii) üzrә ADAMI Media mükafatı, Mәlumat (qeyri bәdii) üzrә ADAMI Media mükafatı, Xәbәrlәr vә Qısa Qeyri bәdii verilişlәr üzrә ADAMI Media mükafatı, Gәnclәr üçün ADAMI Media mükafatı, Veb sәhifәlәr üzrә ADAMI online mükafat, Veb videolar üzrә ADAMI online mükafatlardır.

    Qaliblər noyabr ayında Ukraynanın Kiyev şəhərində, beynəlxalq səviyyədə yayımlanan Ukrayna Milli Televiziyasında təşkil olunacaq mərasimdə elan olunacaq.

    Qeyd edək ki, ADAMI Almaniya Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən təşəbbüsdür və Avropa Yayım Birliyi, "DeutscheWelle" Akademiyası, Şərqi Avropa araşdırmaları üzrə Alman Cəmiyyəti ilə tərəfdaşlıq şəklində həyata keçirilir. ADAMI Ukrayna, Moldova və Gürcüstanın milli ictimai teleradio yayım qurumları ilə əməkdaşlıq edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi