Bakı Şəhər Baş Polis İdarəsi “Report”un redaktorunu təltif edib

Bakı Şəhər Baş Polis İdarəsi “Report”un redaktorunu təltif edib Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə bir qrup jurnalisti təltif edib.
Media
22 İyul , 2019 19:33
Bakı Şəhər Baş Polis İdarəsi “Report”un redaktorunu təltif edib
Report

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə bir qrup jurnalisti təltif edib.

Təltif olunanlar arasında “Report” İnformasiya Agentliyinin redaktoru Pərvin Abbasov da var.

P.Abbasov Azərbaycan Milli Mətbuatının 144 illiyi münasibəti ilə ictimai təhlükəsizliyin təmin edilməsi, hüquq qaydasının profilaktikası tədbirlərinin təbliğindəki xidmətlərinə görə “Təşəkkürnamə” ilə təltif olunub.

“Təşəkkürnamə”ni Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev və idarənin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov təqdim edib.   

Son xəbərlər

Orphus sistemi