Bakı Olimpiya Stadionu “Romantik Gecə” adlı tədbirlə bağlı məlumatlara aydınlıq gətirib

Bakı Olimpiya Stadionu “Romantik Gecə” adlı tədbirlə bağlı məlumatlara aydınlıq gətirib "Hazırda IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərinə hazırlaşırıq"
Media
28 Yanvar , 2017 13:51
Bakı Olimpiya Stadionu “Romantik Gecə” adlı tədbirlə bağlı məlumatlara aydınlıq gətirib

Bakı. 28 yanvar. REPORT.AZ/ Bakı Olimpiya Stadionu “Romantik Gecə” adlı tədbirlə bağlı sosial şəbəkədə yayılan məlumatlara aydınlıq gətirib. 

Stadionun mətbuat katibi Cəmilə Mehdiyeva “Report”a bildirib ki, məkan hazırda IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərinə, eləcə də bu turnirlə bağlı idman yarışlarına (atletika və para-atletika) aktiv şəkildə hazırlaşır: “Ona görə də stadionda digər tədbirlərin olması həmin vaxt müddətində gözlənilmir. Yalnız rəsmi mənbələrimizdə qeyd edilən xəbərlər reallığı əks etdirir, hər hansı başqa reklam və xəbərləri şirkətlər öz təbliğatı məqsədilə istifadə edirlər”. 

Son xəbərlər

Orphus sistemi