Yuxarı

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail filialı fəaliyyətə başlayıb

Bununla bağlı anlaşma memorandumu imzalanıb

Bakı. 3 may. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) İsraildə filialı açılıb. Bununla bağlı BBMM-in icraçı direktoru Azad Məmmədovla “İsrailin səsi” radiostansiyasının daimi şərhçisi, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut arasında Azərbaycan multikulturalizmi və tolerantlığının təbliği istiqamətində birgə fəaliyyət göstərmək, müştərək layihələrin icrasını təmin etmək, BBMM-nin mənafelərini təmsil və müdafiə edən İsrail filialının fəaliyyətini təmin etmək məqsədi ilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Bu barədə "Report"a BBMM-dən bildirilib.

BBMM-in İsrail filialı Arye Qutun rəhbərliyi ilə Azərbaycanın və İsrailin milli tarixinin və mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə tədbirlər, multikulturalizm və tolerantlıqla bağlı konfranslar, seminarlar, dəyirmi masalar və disputlar təşkil edəcək.

Qeyd edək ki, hazırda BBMM-in Almaniya, Portuqaliya, İtaliya, Rusiya və Qazaxıstanda filialları fəaliyyət göstərir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi