Azərbaycanda baş redaktor “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Azərbaycanda baş redaktor “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib Prezident İlham Əliyev sərəncam imzalayıb
Media
2 Sentyabr , 2014 08:50
Azərbaycanda baş redaktor  “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Həsən Həsənovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Report xəbər verir ki, sərəncamla Həsən Zal oğlu Həsənov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

H.Həsənov bu təltifə Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı səmərəli fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, H.Həsənov “Xalq qəzeti”nin baş redaktorudur. H.Həsənov bundan əvvəl - 2005-ci ildə ölkə mətbuatının inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" adına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi