​AzVision.az internet saytının 3 yaşı tamam olur

​AzVision.az internet saytının 3 yaşı tamam olur Sayt ölkədə və dünyada baş verən hadisələri izləyir, təhlil edir və oxuculara çatdırır
Media
1 Oktyabr , 2015 18:09
​AzVision.az internet saytının 3 yaşı tamam olur

Bakı. 1 oktyabr. REPORT.AZ/ Bu gün AzVision.az internet saytının ad günüdür. “Report”un xəbərinə görə, müstəqil media qurumunun 3 yaşı tamam olur.

AzVision.az saytı ölkədə və dünyada baş verən hadisələri izləyir, təhlil edir və oxuculara çatdırır. AzVision.az əyləncə və şou xarakterli məlumatlara yer ayırmır və ictimai-siyasi xarakterli ciddi media quruluşu olmağa iddialıdır.

AzVision.az müxtəlif sahələrə aid özünün fərqli rubrikalarını və yanaşmalarını oxucularına çatdırır. Saytda multimedia materiallarına üstünlük verilir.

Saytın baş redaktoru Vüsal Məmmədovdur.

“Report” İnformasiya Agentliyinin kollektivi “AzVision”çuları ad günü münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayır!

Son xəbərlər

Orphus sistemi