AzTV 63-cü ildönümündə “Xəbərlər”in yeni studiyasını istifadəyə verib

AzTV 63-cü ildönümündə “Xəbərlər”in yeni studiyasını istifadəyə verib Bakı. 14 fevral. REPORT.AZ/ “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Xəbərlər” studiyası televiziyanın bu gün tamam olan 63-cü ildönümü münasibəti ilə yenidən tam yeni standartlarla istifadəyə verilib.
Media
14 Fevral , 2019 17:54
AzTV 63-cü ildönümündə “Xəbərlər”in yeni studiyasını istifadəyə verib

Bakı. 14 fevral. REPORT.AZ/ “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Xəbərlər” studiyası televiziyanın bu gün tamam olan 63-cü ildönümü münasibəti ilə yenidən tam yeni standartlarla istifadəyə verilib.

“Report”un əldə etdiyi məlumata görə, AzTV-nin yeni rəhbərliyi tərəfindən yenidən qurularaq istifadəyə verilən yeni studiya tam müasir standartlara cavab verir.

Studiyada AzTV-nin “Xəbərlər” proqramı ilə yanaşı, QSC-yə daxil olan “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarının da xəbər proqramları yayımlanır.

Xatırladaq ki, dövlət televizyasının ilk efir günü 1956-ci il fevralın 14-də olub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televizyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb. R.Məmmədov vəzifəsinin icrasına başladıqdan sonra QSC-də köklü islahatlara başlanılıb. Maliyyə sistemi şəffaflaşdırılıb, iri həcmli kadr islahatı həyata keçirilib, televizyanın efir proqramlarında köklü yeniliklərə start verilib. İslahatlar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi