Yuxarı
    Bağlamaq

    AzTV tender elan edib

    Bakı. 22 dekabr. REPORT.AZ/ “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 3 televiziya və 2 radio kanalının internet vasitəsilə yayım xidmətinin satınalınması üzrə açıq tender elan edib.

    “Report”un məlumatına görə, tender iştirakçıları öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidir.

    Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

    Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M. Hüseyn küçəsi 1 nömrəli (əlaqələndirici şəxs-Camal Əsgərovdan, telefon- 492-78-51) ünvandan ala bilərlər. 

    İştirak haqqı 200 manatdır. Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi