AzTV-nin Bədii Şurasının üzvləri Sumqayıtda ictimaiyyət nümayəndələri ilə görüşüb

AzTV-nin Bədii Şurasının üzvləri Sumqayıtda ictimaiyyət nümayəndələri ilə görüşüb “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) yanında Bədii Şuranın üzvləri ictimai fikri öyrənmək məqsədi ilə regionlarda ictimaiyyət təmsilçiləri ilə görüşlərə başlayıb.
Media
25 Yanvar , 2020 15:33
AzTV-nin Bədii Şurasının üzvləri Sumqayıtda ictimaiyyət nümayəndələri ilə görüşüb

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) yanında Bədii Şuranın üzvləri ictimai fikri öyrənmək məqsədi ilə regionlarda ictimaiyyət təmsilçiləri ilə görüşlərə başlayıb.

AZTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bu il ilk belə görüş Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər ictimaiyyətinin nümayəndələri keçirilib. 

Bədii Şuranın üzvləri AzTV-də aparılan islahatlar, efirə çıxan yeni layihələr barədə məlumat veriblər.

Daha sonra televiziyanın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, yeni verilişlər barədə rəy və təkliflər dinlənilib.

Son xəbərlər

Orphus sistemi