Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycanın multikulturalizm modelinə dünyanın siyasi və dini liderlərinin münasibəti, mövcud münaqişələrin həlli yollarını əks etdirən "Bəşəri çağırış" sənədli filmi hazırlanıb.
"Report" xəbər verir ki, filmdə ermənilərin katolikosu II Qaregin də daxil olmaqla, 31 eksklüziv müsahibə yer alıb.
Filmin təqdimatı fevralın 16-da Azərbaycan Dövlət Televiziyasında (AzTV) baş tutacaq.