Azərbaycanda yeni telekanal yaradılması təklif olunur

Azərbaycanda yeni telekanal yaradılması təklif olunur Bakıda Klublar Komitəsinin iclası işə başlayıb
Media
10 Dekabr , 2014 16:55
Azərbaycanda yeni telekanal yaradılması təklif olunur

Bakı. 10 dekabr. REPORT.AZ/ Bakıda Klublar Komitəsinin iclası işə başlayıb. “Report”un məlumatına görə, iclasa Topaz Premyer Liqasında çıxış edən klubların rəsmiləri, eləcə də AFFA-nın baş katibi Elxan Məmmədovla Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev qatılıb.

Toplantıda klubları maraqlandıran bir sıra məsələlər müzakirə olunub. Xüsusilə Premyer Liqa qarşılaşmalarının yayım məsələləri diqqət mərkəzində olub. Bəzi klublar çempionatın oyunlarının yayımı üçün telekanal yaradılması ideyasını irəli sürüblər.

İclas qapalı şəraitdə keçdiyindən digər hansı məsələlərin müzakirə olunduğu bilinmir. Müzakirələr iki saatdır davam edir.

Qeyd edək ki, iclasda “Neftçi”ni Elnur Məmmədov (vitse-prezident), “Xəzər Lənkəran”ı Tuyqun Nadirov (vitse-prezident), “Bakı”nı Yaşar Seyidov (icraçı direktor), “Qarabağ”ı Əmrah Çəlikəl (direktor), AZAL-ı Fikrət Hüseynov (vitse-prezident), “Sumqayıt”ı Kamran Quliyev (prezident), “Qəbələ”ni Zaur Əzizov (baş menecer), “İnter”i Georgi Nikolov (prezident), “Simurq”u isə Anar Bəkirov (prezident) təmsil edir.

Son xəbərlər

Orphus sistemi