Azərbaycanda daha iki televiziya kanalı HD yayıma keçəcək

Azərbaycanda daha iki televiziya kanalı HD yayıma keçəcək İsa Məmmədov: "Digər kanallarda yeni formata keçməyə o qədər ehtiyac yoxdur, amma keçsələr, daha yaxşı olar"
Media
19 Oktyabr , 2015 14:34
Azərbaycanda daha iki televiziya kanalı HD yayıma keçəcək

Bakı. 19 oktyabr.REPORT.AZ/ "Bakı şəhəri və Abşeron yarımadası ərazisində "CBC Sport" televiziya kanalı artıq yüksək həlletmə qabiliyyətli televiziya yayımı (HD) formatına keçib".

Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının texniki şöbəsinin müdiri, professor İsa Məmmədov deyib.

O bildirib ki, "İdman Azərbaycan" və AzTV-nin proqramlarının da yaxın günlərdə HD formata keçirilməsi planlaşdırılır: "Oktyabrın 1-dən 37-ci TV yayım kanalında yayımlanan "CBC Sport" yeni yayım formatına keçib. "İdman Azərbaycan" kanalı və AzTV-nin proqramlarının da yaxın günlərdə HD formatlı yayıma keçməsi planlaşdırılır. İdman kanallarında süjetlər sürətli dəyişdiyi üçün yeni formata keçilməsinə ehtiyac var idi. 37-ci TV yayım kanalında bu üç kanaldan başqa İTV və "Mədəniyyət TV" proqramları da yayımlanır. 5 TV proqramının hamısı eyni yayım kanalında HD formatına keçə bilməz. Onların yeni yayım formatında yayımlanması üçün yeni TV kanalı ayrılmalıdır".

Şöbə rəhbəri bildirib ki, digər kanallarda yeni formata keçməyə o qədər ehtiyac yoxdur, amma keçsələr, daha yaxşı olar: "Rusiya, Türkiyə kimi ölkələrdə televiziyaların əksəriyyətinin yayımı HD formatındadır. Bizim telekanalların istifadə etdiyi avadanlıqlar əsasən müasir avadanlıqlar olduğu üçün yeni formata keçməsələr də, keyfiyyətdə ciddi problemlər yoxdur".

Son xəbərlər

Orphus sistemi