"Sputnik"in redaktor müavini: "Azərbaycan xaricdəki imicinin formalaşdırılması üçün düzgün addımlar atır"

"Sputnik"in redaktor müavini: "Azərbaycan xaricdəki imicinin formalaşdırılması üçün düzgün addımlar atır" Andrey Blaqodırenko: "MDB ölkələrinin paytaxtlarının reytinqində Moskvadan sonra Bakını birinci sıraya qoyardım"
Media
11 Sentyabr , 2017 13:39
Sputnikin redaktor müavini: Azərbaycan xaricdəki imicinin formalaşdırılması üçün düzgün addımlar atır
Report

Moskva. 11 sentyabr. REPORT.AZ / "MDB ölkələrinin paytaxtlarının reytinqində Moskvadan sonra Bakını birinci sıraya qoyardım". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə "Sputnik" agentliyinin baş redaktorunun müavini Andrey Blaqodırenko deyib.

Onun sözlərinə görə, Bakı infrastrukturun inkişafı üçün vəsait ayrılan super gözəl şəhərdir: "Mən 2016-ci ildə Bakıda dünya kütləvi informasiya vasitələrinin konfransında iştirak etmişəm. Azərbaycan xaricdə öz imicinin formalaşdırılması üçün düzgün addımlar atır. Əgər Azərbaycanda buna vəsait varsa, niyə ondan istifadə etməsin? Bakıda "Formula-1", müxtəlif beynəlxalq konfranslar keçirilir. Dünya mətbuat orqanlarının konfransında 300-dən çox insan iştirak edib və bu barədə çox yazılıb. Bu baxımdan Bakı hər şeyi düzgün edir".

Son xəbərlər

Orphus sistemi