Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti jurnalistlərin binasının tikintisi ilə bağlı KİVDF-ə daha 3 milyon manat ayırıb

    Dövlət başçısı İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

    Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuat işçiləri üçün yaşayış binasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

    "Report" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 3 milyon manat ayrılıb.

    Maliyyə Nazirliyinə bu sərəncamın birinci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi