Azərbaycan Nəşriyyatı: “Reket” jurnalistlərlə bağlı məsələ dövlət orqanlarının araşdıracağı işdir

Azərbaycan Nəşriyyatı: “Reket” jurnalistlərlə bağlı məsələ dövlət orqanlarının araşdıracağı işdir Direktor müavini: "Azərbaycan Nəşriyyatı yer kirayələyən şəxslərin daxili işlərinə qarışmır”
Media
9 Dekabr , 2016 15:01
Azərbaycan Nəşriyyatı: “Reket” jurnalistlərlə bağlı məsələ dövlət orqanlarının araşdıracağı işdir

Bakı. 9 dekabr. REPORT.AZ/ "Tutulan şəxslərin "reket"liklə məşğul olması sübut olunubsa, deməli, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının əməliyyat keçirməsi doğru addımdır".

Bunu "Report"a açıqlamasında Azərbaycan Nəşriyyatının direktor müavini Rauf Cəfərov deyib.

O qeyd edib ki, "reket" jurnalistlərlə bağlı məsələ dövlət orqanlarının araşdıracağı işdir: "Kimisə şantaj ediblərsə, onların məsuliyyətə cəlb edilməsi doğru addımdır. Onlarla münasibətim olmayıb, tanlışlığım da yoxdur".

R.Cəfərov "reket" jurnalistlərin daha çox Azərbaycan Nəşriyyatının binasında fəaliyyət göstərməsi ilə bağlı iddialara da münasibət bildirib: "Azərbaycan Nəşriyyatı yer kirayələyən şəxslərin daxili işlərinə qarışmır. Onlar müqavilə əsasında ofis kirayələyirlər, daxili işlərinə qarışa bilmərik. Onların nə iş gördükləri ilə bağlı məlumatımız yoxdur".

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir neçə gün öncə keçirdiyi əməliyyat nəticəsində "Bizim dövr" və "Gündəlik Bakı" qəzetlərinin baş redaktorları və digər şəxslər saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi