Azərbaycan Prezidenti mətbuatın 140 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayacaq

Azərbaycan Prezidenti mətbuatın 140 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayacaq Sərəncamdan irəli gələn tədbirlərin həyata keçirilməsi üçün tədbirlər planı tərtib olunacaq
Media
15 May , 2015 13:11
Azərbaycan Prezidenti mətbuatın 140 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayacaq

Bakı. 15 may. REPORT.AZ/ "Azərbaycan Prezidenti milli mətbuatın 140 illik yubileyinin keçirilməsi ilə bağlı xüsusi sərəncam imzalayacaq". "Report" xəbər verir ki, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında belə deyib. 

Onun sözlərinə görə, mətbuatın 140 illiyi ilə bağlı bir sıra dövlət tədbirləri keçiriləcək: "Həmişə olduğu kimi Azərbaycan Prezidentinin bununla bağlı xüsusi sərəncamı olacaq. Həmin sərəncam artıq hazırlanır".

Ə.Həsənov qeyd edib ki, sərəncamdan irəli gələn tədbirlərin həyata keçirilməsi üçün plan tərtib olunacaq.

Son xəbərlər

Orphus sistemi